Menyu

Bu ilin 2 ayında qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib

Bu ilin 2 ayında qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib

Bu ilin 2 ayında sahibsiz buraxılan təsərrüfat heyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib.

Operativ Media xəbər verir ki, bununla bağlı ADY öz rəsmi "Instagram" hesabında paylaşım edib.

Bildirilib ki, ötən il isə 43 dəfə qatar dəmir yolu ətrafında sahibsiz buraxılmış heyvanla toqquşub.

Bu cür hadisələr nəticəsində:

- qatar təcili tormozlama edir;
- qatarda olan insanlar qorxu və stres yaşayır;
- qrafikdə gecikmələr yaranır;
- qatar zərər görür;
- heyvanlar tələf olur;
- heyvan sahibləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq cərimələnirlər.

"Bir daha xatırladırıq ki, dəmir yollarında təhlükəsizlik qaydalarına əməl etmək hər kəsin məsuliyyətidir. ADY dəmir yolu ətrafında yaşayan sakinləri təsərrüfat heyvanlarını nəzarətsiz buraxmamaqla xoşagəlməz hadisələrə səbəb olmamağa çağırır, - deyə məlumatda qeyd olunub.

Teqlər:

"Bu ilin 2 ay\u0131nda qatarla heyvan\u0131n toqqu\u015fmas\u0131 il\u0259 n\u0259tic\u0259l\u0259nmi\u015f 7 hadis\u0259 ba\u015f verib"

Əlaqəli Xəbərlər