2024-cü ildə güzəştli mənzil alışına 29 milyon manat kredit verilib
Nərmin Qocamanlı
2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamındakı 470 güzəştli mənzilin alışı üçün 28,8 milyon manat ipoteka krediti verilib.
Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ümumilikdə, 2018-ci ildən etibarən güzəştli mənzillərin satışının maliyyələşdirilməsi üçün 4 885 şəxsə 238,4 milyon manat güzəştli ipoteka krediti, 82 şəxsə isə 3,6 milyon manat adi ipoteka krediti verilib. Eyni zamanda, 2017-2024-cü illərdə ayrılmış vəsaitlər də nəzərə alınmaqla MİDA üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi məbləği 270 milyon manat təşkil edib.
MİDA-nın sərəncamında olan mənzillərin təxminən 80 %-nin satışı Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib.
2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib, verilən kreditlərin təqribən 22 %-i regionların payına düşüb.
Teqlər:
"2024-c\u00fc ild\u0259 g\u00fcz\u0259\u015ftli m\u0259nzil al\u0131\u015f\u0131na 29 milyon manat kredit verilib"