"Yüksəliş" müsabiqəsinin 5-ci mövsümünə start verilib
Ölkəmizdə intellektual səviyyəsi və idarəetmə bacarığı ilə seçilən istedadların peşəkar inkişafını dəstəkləyən "Yüksəliş" müsabiqəsinin 5-ci mövsümü start götürüb.
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, bu platforma hər bir iştirakçıya qabaqcıl səriştələr qazanmaq və yeni karyera hədəflərinə doğru addımlamaq fürsəti təqdim edir.
“Hər birinizi "Yüksəliş" müsabiqəsində fəal iştiraka dəvət edir və uğurlar arzulayırıq”, - deyə nazir bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net