Menyu

Vərəm və İİV ilə bağlı 400-ə yaxın məhbus müalicəyə cəlb olunub

Nərmin Qocamanlı
Vərəm və İİV ilə bağlı 400-ə yaxın məhbus müalicəyə cəlb olunub
1 dəq oxu

Ötən il penitensiar müəssisələrdə məhbuslar tibbi xidmətlə tam əhatə olunmuş, infeksion xəstəliklər nəzarətdə saxlanılaraq müvafiq profilaktik tədbirlər həyata keçirilib.

Operativ Media-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

2024-cü ildə Qlobal Fondun Vərəm və İİV/QİCS-lə bağlı layihələrinin icrası təmin olunmuş, o cümlədən XDR vərəmli məhkumların V qrup yeni vərəm əleyhinə preparatlarla müalicəsi davam etdirilib.

Əlaqəli Xəbərlər