2024-cü ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb
2024-cü ildə 29 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac olunub.
Operativ Media xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı söyləyib.
Ə.Əsədov qeyd edib ki, 2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon ton olub. Bu yüklərin 57 faizini tranzit yüklər təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net