Menyu

Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlanıb

Hazırda ölkənin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Operativ Media  Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, bu da əvvəlki tədris ilinə nisbətdə 10% çoxdur.

Bildirilib ki, tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrdəndir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində 2018-2023-cü illər ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil almaq hüququ qazanıb.

Həmin təhsil qrantı proqramları çərçivəsində 50-yə yaxın ölkədən 70-yə yaxın tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdirmişlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər