04 Fevral 2023, 13:14
Azərbaycan və Bolqarıstanın energetika nazirləri arasında görüş olub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın energetika naziri Rosen Xristov arasında görüş olub.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov tviterdə paylaşım edib.
"Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə IGB, eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik. Ötən il Bolqarıstana qaz ixracımız 600 mln.m3 olub"-deyə nazir qeyd edib.