Menyu

26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub

26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi, 15.10.1998-ci il təvəllüdlü Üzeyir Habil oğlu Mustafayev “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının region dövlətləri ilə münasibətləri” mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Operativ Media xəbər verir ki, Ü.Mustafayev 2019-cu ildə Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2021-ci ildə Bakı Mühəndislik Universitetində magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2021-2024-cü illərdə DİA-nın Beynəlxalq münasibətlər ixtisasında doktorantura təhsili alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart 2025-ci il tarixli qərarı ilə Ü.H.Mustafayevə Beynəlxalq münasibətlər ixtisasında siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər