Ramazan ayının 15-ci gününün duası: İmsak və iftar vaxtı
Əsəd Abbaslı
Martın 15-də Ramazan ayının on beşinci günüdür.
Operativ Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:26-da, iftar isə saat 19:02-dədir.
Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
Ramazan ayının 15-ci gününün duası
“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl- xaifin”.
Tərcüməsi:
“İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”