15 Mart 2025, 12:28
Bərdədə yaşayış binasının eyvanı uçub
Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb.
Bərdədə yaşayış binasının eyvanı uçub şəkil
Bərdədə yaşayış binasının eyvanı uçub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək, təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Son xəbərlər
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı