Menyu

Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

Nərmin Qocamanlı
Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızılca meşəbəyliyində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 0.1 ha sahədə əsasən xəzəl yanıb, meşə yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər