Menyu

Sumqayıtda yataqxanada yanğın olub

Əsəd Abbaslı
Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik açarı yanıb.

Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər:

"Sumqay\u0131tda yataqxanada yan\u011f\u0131n olub"

Əlaqəli Xəbərlər