Menyu

BNMİ bölgələrdə xüsusi əməliyyat keçirib, 30 kq narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
BNMİ bölgələrdə xüsusi əməliyyat keçirib, 30 kq narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, daxil olan məxfi məlumat əsasında Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş daha üç şəxs - 39 yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov tutulublar. Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Hər üç saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

İ.Hümbətov, R.Mustafayev və O.Xəlilovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Teqlər:

"BNM\u0130 b\u00f6lg\u0259l\u0259rd\u0259 x\u00fcsusi \u0259m\u0259liyyat ke\u00e7irib 30 kq narkotik vasit\u0259 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər