Menyu

DİN: PUA ilə ölkəyə narkotiklərin daşınmasının qarşısı alınıb

Nərmin Qocamanlı
DİN: PUA ilə ölkəyə narkotiklərin daşınmasının qarşısı alınıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan 15 kiloqram marixuana aşkarlanıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər