18 Mart 2025, 20:27
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib
Quba şəhərindəki “Səkinə xanım” məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib şəkil
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Martın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı “Səkinə xanım” məscidini ziyarət edib.

Operativ Media xəbər verir ki, məscidin imamı Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.

Bildirilib ki, Quba şəhərindəki “Səkinə xanım” məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.

Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq, ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura yenidən məscid kimi istifadəyə verilib. Məscid əsaslı şəkildə təmir olunub, dəstəmazxana və digər köməkçi binalar inşa edilib.

Hazırda “Səkinə xanım” məscidi ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır.

Son xəbərlər
Şamaxıda mikroavtobus qəzaya uğrayıb
Ərdoğan gələn ay Azərbaycana gələcək
Litva Rusiyaya nota verib
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub