Menyu

Şəkidə 4 otaqlı ev yanıb

Əsəd Abbaslı
Şəkidə 4 otaqlı ev yanıb

Axşam saatlarında Şəkinin Salman Mümtaz küçəsində yaşayış evində yanğın hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, yanğın hadisəsi 67 yaşlı şəhər sakini Şahid Nəsirova məxsus evdə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğından bitişik qonşu evlər mühafizə olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər