Menyu

DİN Gəncədə üç nəfərin avtomobillə vurulması ilə bağlı araşdırma aparır - YENİLƏNİB 1

DİN Gəncədə üç nəfərin avtomobillə vurulması ilə bağlı araşdırma aparır - YENİLƏNİB 1

Gəncədə üç nəfərin avtomobillə vurulması, bir nəfərin döyülməsi iddiası ilə bağlı araşdırma aparılır.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib. 

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilib, ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

12:27

Dünən yaralanan 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri səbəbilə hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Bu barədə Operativ Media-ya TƏBİB məlumat verib. 

Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 

Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

***

09:56

Gəncədə 3 nəfər maşını sürətlə sürən sürücünü döyüb.

Dava zaman 1 nəfər 3 nəfəri maşınla vurub.

Operativ Media APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki sürücü küçədən sürətlə keçdiyi üçün 3 nəfər onu döyüb. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.

Daha sonra sürücü və zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Onlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Hazırda faktla bağlı araşdırmalara aparılır.

Teqlər:

"D\u0130N G\u0259nc\u0259d\u0259 \u00fc\u00e7 n\u0259f\u0259rin avtomobill\u0259 vurulmas\u0131 il\u0259 ba\u011fl\u0131 ara\u015fd\u0131rma apar\u0131r - YEN\u0130L\u018fN\u0130B 1"

Əlaqəli Xəbərlər