Menyu

Baş Prokurorluğun əməkdaşı BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının iclasında iştirak edib

Baş Prokurorluğun əməkdaşı BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının iclasında iştirak edib

Bu il mart ayının 10-14 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasının iclası keçirilib.

Baş Prokurorluqdan Operativ Media-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyeva təmsil edib.

Komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib və 6 yeni qətnamə qəbul edilib.

Teqlər:

"Ba\u015f Prokurorlu\u011fun \u0259m\u0259kda\u015f\u0131 BMT-nin Narkotik Vasit\u0259l\u0259r \u00fczr\u0259 Komissiyas\u0131n\u0131n iclas\u0131nda i\u015ftirak edib"

Əlaqəli Xəbərlər