Menyu

Polis əməkdaşları tərəfindən 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Polis əməkdaşları tərəfindən  33 kiloqrama yaxın  narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də ümumi çəkisi 32,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq marixuana, 3 kiloqramdan çox metamfetamin, 2 kiloqrama yaxın tiryək, 2 kiloqramdan çox həşiş qətranı, həmçinin 2432 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər