Bərdədə 17 yaşlı qız kanala düşüb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net