Menyu

İlin ilk Günəş tutulması martın 29-da olacaq

İlin ilk Günəş tutulması martın 29-da olacaq

Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Operativ Media-ya verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər