Menyu

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Nərmin Qocamanlı
Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Bakcell”in baş icraçı direktoru Klaus Müller imzalayıblar.

Fonddan Operativ Media-ya verilən məlumata görə, əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişaflarını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışlarını təmin etməkdir.

İmzalanmış müqaviləyə əsasən TələbəPlus kart istifadəçiləri üçün xüsusi güzəşt və imkanların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus tələbələrin təhsil prosesində onlara daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər