Menyu

YPX əməkdaşlarının çevik müdaxiləsi təhlükənin qarşısını alıb

Əsəd Abbaslı
YPX əməkdaşlarının çevik müdaxiləsi təhlükənin qarşısını alıb

Elektrik xəttinin güclü külək səbəbindən qırılaraq yolun hərəkət hissəsinə düşməsi əhali və yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Operativ Media xəbər verir ki, bu barədə DYP-dən məlumat verilib.

"Bu gün Hacıqabul-Horadiz avtomobil yolunun Beyləqan rayonunun İmamverdilər kəndi ərazisindən keçən 111-ci kilometrində yüksək gərginlikli elektrik xəttinin güclü külək səbəbindən qırılaraq yolun hərəkət hissəsinə düşməsi əhali və yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi ilə qəzanın nəticələri aidiyyəti qurumlarla birgə aradan qaldırılıb, yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.", - məlumatda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər