Menyu

Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 14 mindən çox şərnişin daşınıb

Nərmin Qocamanlı
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 14 mindən çox şərnişin daşınıb

Martın 19-dan etibarən bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

AYNA-dan Operativ Media-ya verilən məlumata görə, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib və 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Bildirilib ki, bu, son iki ilin rekord göstəricisidir:

"Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər