20 Mart 2025, 18:57
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
Baş Dövlət Yol Polisi idarəsi sürücülərə vacib xəbərdarlıq edib.
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı şəkil
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı

Baş Dövlət Yol Polisi İdarəsi yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Operativ Media-ya idarədən məlumat verilib.

Bildirilib ki, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq, yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacaq:

“Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağı, qaydalara riayət etməyi tövsiyə etməyi, sürət həddini hava şəraitinə uyğun seçməyi, yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə etməyi, ötmə və kəskin manevrlərdən çəkinməyi, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, xüsusilə piyada keçidlərində daha ehtiyatlı olmağı tövsiyə edir.

Unutmayın ki, qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.

Son xəbərlər
Ərdoğan gələn ay Azərbaycana gələcək
Litva Rusiyaya nota verib
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub