Menyu

Bayramın ilk günü qeydə alınan yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər yaralanıb

Nərmin Qocamanlı
Bayramın ilk günü qeydə alınan yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər yaralanıb
1 dəq oxu

Bayramın ilk günü respublika yollarında baş vermiş yol-nəqliyyat hadisələri zamanı ölüm halı qeydə alınmayıb.

Operativ Media xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Rövşən Tağıyev öz "Facebook" hesabında bildirib.

O, bildirib ki, bayramın ilk günü xəsarətlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.

Hadisələr nəticəsində 4 nəfər yüngül xəsarət yaralanıb.

"Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ağır hadisələrin qarşısının alınması məqsədilə DYP əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir", - o, qeyd edib.

Əlaqəli Xəbərlər