Menyu

Bakıda fərdi yaşayış evində yanğın baş verib

Nərmin Qocamanlı
Bakıda fərdi yaşayış evində yanğın baş verib

Bakı şəhərində 3-cü Alatava ərazisindəki fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 50m² olmaqla ümumi sahəsi 100m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40m² olmaqla ümumi sahəsi 80m² olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20m² sahədə yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Teqlər:

"Bak\u0131da f\u0259rdi ya\u015fay\u0131\u015f evind\u0259 yan\u011f\u0131n ba\u015f verib"

Əlaqəli Xəbərlər