Menyu

Paytaxtda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

Nərmin Qocamanlı
Paytaxtda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvanski küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı daha bir qadın tutulub. 

Paytaxtın Qaradağ rayonunda isə evlərin birindən 625 manatlıq naqil oğurlayan əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər