23 Mart 2025, 12:44
Sabah hava necə olacaq?
Sabahın hava proqnozu açıqlanıb.
Sabah hava necə olacaq? şəkil
Sabah hava necə olacaq?

Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +10 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +9 dərəcədən +14 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, gündüz 0 dərəcədən +5 dərəcəyədək olacaq.

Son xəbərlər
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı