Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Nərmin Qocamanlı
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
Qeyri-sabit havanın nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Digər xəbərlər