4 min manata yaxın oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın Nəsimi və Qaradağ rayonlarında yerləşən 2 evdən 3900 manat pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Operativ Media-ya DİN məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı N.Məhərrəmli və 26 yaşlı Q.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nizami rayonu ərazisində 2 şəxsin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 47 yaşlı R.İsmayılovun saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net