Menyu

Kənar Dairəvi yolda “Ford” markalı yük avtomobili yanıb

Əsəd Abbaslı
Kənar Dairəvi yolda “Ford” markalı yük avtomobili yanıb
1 dəq oxu

Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər