Menyu

Bayram günlərində ünvanlanan müraciətlərin sayını açıqlanıb

Əsəd Abbaslı
Bayram günlərində ünvanlanan müraciətlərin sayını açıqlanıb

20-26 mart tarixində təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-26 mart tarixlərində 14 370 çağırış daxil olub. Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.

Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Teqlər:

"Bayram g\u00fcnl\u0259rind\u0259 \u00fcnvanlanan m\u00fcraci\u0259tl\u0259rin say\u0131n\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər