Yevlaxda mikroavtobusla minik maşını qəza edib - YENİLƏNİB
Əsəd Abbaslı
Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub.
Operativ Media xəbər verir ki, həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.
Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb.
11:38
Yevlaxda minik maşını mikroavtobusla toqquşub.
Operativ Media xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, "Vaz 21 06" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşması nəticəsində minik maşınında olan 3 yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Teqlər:
"Yevlaxda mikroavtobusla minik ma\u015f\u0131n\u0131 q\u0259za edib - YEN\u0130L\u018fN\u0130B"