İsrail qırıcıları Hizbullahın obyektlərini vurub
İsrail qırıcıları Livanın cənubunda Hizbullah hərbi obyektlərinə hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə “Əl Cədid” telekanalı məlumat yayıb.
Məlumata görə, Ayt-əş-Şaab, Arnun, Zautar və Kfar-Tibnit yaşayış məntəqləri zərbələrə məruz qalıb.
Dağıntılar altında qalanların olduğu bildirilir.
İsrail qırıcıları Livanın paytaxtı Beyrutun Dahiya rayonunda Hizbullah PUA-larının saxlanıldığı anbara zərbə endirib.
Bu barədə İsrail ordusundan məlumat verilib.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın paytaxtı Beyrutun Hadas qəsəbəsində Hizbullaha məxsus hədəflərə zərbə endirib.
Yerüstü obyektlərə iki raket zərbəsi endirilib.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net