Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə növbəti dəfə müşahidə aparıb
Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
Operativ Media xəbər verir ki, Aİ müşahidəçilər martın 28-də növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.
Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net