Menyu

Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb

Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb

Polis Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxlayıb.

Operaiv Media bu barədə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil disklərini oğurlamaqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər