Menyu

Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb

Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Operativ Media bu barədə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər