Menyu

Türkiyə Suriyada hərbi əməliyyata hazırlaşır

Türkiyə Suriyada hərbi əməliyyata hazırlaşır

Türkiyə Suriyada İŞİD-dən gələn təhlükələrin qarşısını almaq və bölgədəki maraqlarını qorumaq məqsədilə hərbi əməliyyata hazırlaşır.

Operativ Media  xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, yaxın aylarda Suriya və Yaxın Şərqin gələcəyinə təsir edəcək vacib addımların atılması gözlənilir:

“Bunlara Suriya ilə müdafiə və əməkdaşlıq sazişinin imzalanması, hərbi bazaların yaradılması və Xüms, Palmira kimi strateji ərazilərdə mövqelərin gücləndirilməsi daxildir”.

Qeyd edilir ki, Ankaranın əsas prioritetlərindən biri bölgədə İsraili cilovlamaqdır. Bu baxımdan Türkiyə və Suriya Livan sərhədində təhlükəsizliyin gücləndirilməsi və Qolan təpələri də daxil olmaqla, digər vacib zonalarda birgə iş aparır.

Teqlər:

"T\u00fcrkiy\u0259 Suriyada h\u0259rbi \u0259m\u0259liyyata haz\u0131rla\u015f\u0131r"

Əlaqəli Xəbərlər