İzmirdə neft və yağ emalı fabrikində partlayış olub
Əsəd Abbaslı
Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib. Hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb.
Operativ Media xəbər verir ki, partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub.
Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"\u0130zmird\u0259 neft v\u0259 ya\u011f emal\u0131 fabrikind\u0259 partlay\u0131\u015f olub"