Rusiyada yüngül mühərrikli təyyarə yola məcburi eniş edib
Əsəd Abbaslı
Rusiyada təlim uçuşu zamanı L-4 yüngül mühərrikli təyyarə Voloqda vilayətinin Leskovo kəndi yaxınlığındakı yola məcburi eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə TASS xəbər yayıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Magistral yola eniş edən təyyarənin sükanı arxasında 50 yaşlı yerli zavod direktoru olub.
O, hadisə yerinə gələn yol polislərinə izah edib ki, hava gəmisi idarəetməni itirib və onu təcili şosseyə endirməli olublar.
Yol müfəttişləri təyyarənin yoldan çıxarılmasına yardım ediblər.
Təyyarə Çerepovetsk rayonundan Yaroslavla tərəf hərəkət edirmiş.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net