Menyu

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Əsəd Abbaslı
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə paytaxt administrasiyası yanında zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargah məlumat yayıb.

Bundan əlavə, 76 nəfər itkin düşüb. İtkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin çökən binasının ərazisində axtarılır.

Tailand hakimiyyəti təbii fəlakət nəticəsində evləri zərər görənlərə yardım üçün 200 milyon bat (5,8 milyon dollar) fondu təsdiqləyib.

Teqlər:

"Banqkokda z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b"

Əlaqəli Xəbərlər