Menyu

Tacikistan, Qırğızıstan və Özbəkistan üç ölkənin sərhədlərinin qovşağına dair saziş imzalayıb

Tacikistan, Qırğızıstan və Özbəkistan üç ölkənin sərhədlərinin qovşağına dair saziş imzalayıb
1 dəq oxu

Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç respublikanın sərhədlərinin qovuşma məntəqəsi haqqında saziş imzalayıblar.

Operativ Media  TASS-a istinadən xəbər verir ki , mərasim Tacikistanın şimalındakı Suqd vilayətinin inzibati mərkəzi olan Xucandda dövlət başçılarının görüşü çərçivəsində baş tutub.

Bundan əlavə, liderlər əbədi dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıblar. 

Mərasim Tacikistan liderinin iqamətgahında baş tutub.

 

Fotogalereya

Əlaqəli Xəbərlər