Türk blogerə Ermənistanda cinayət işi açılıb
Əsəd Abbaslı
Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların yayımlanması ilə bağlı Ermənistanda cinayət işi başladılıb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
O həmçinin Azərbaycan torpağında olduğunu deyib.
Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net