Menyu

ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurub

Əsəd Abbaslı
ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurub
1 dəq oxu

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada “Ənsar Allah” hərəkatının nəzarəti altında olan Əd-Dailami aviabazasına bir sıra zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ husilərin Əl-Dailami aviabazasındakı silah anbarlarına üç hava hücumu həyata keçirib", - telekanalın məlumatında deyilir.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Səna səmasında intensiv uçuşları qeydə alınıb.

Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Əlaqəli Xəbərlər