Ukrayna iyulda seçki keçirməyi planlaşdırmır
Əsəd Abbaslı
Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.
Operativ Media xəbər verir ki, bu barədə BBC yayım korporasiyasının Ukrayna xidməti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və kimsə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş almayıb.
Xatırladaq ki, martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb.
İddiaya görə, ötən həftə Volodimir Zelenski öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net