Menyu

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfərə çatıb

Nərmin Qocamanlı
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfərə çatıb

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfərə çatıb, daha 4521 nəfər yaralanıb, 400-dən çox insan itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Myanma lideri Min Aunq Hlainq Myanmada martın 28-də baş vermiş güclü zəlzələ nəticəsində indiyədək 2719 nəfərin öldüyünü, 4521 nəfərin yaralandığını və 441 nəfərin itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, ölənlərin sayı 3000 nəfəri keçə bilər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ baş verib, təkanlar Tayland da daxil olmaqla beş qonşu ölkədə hiss olunub .

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər