Menyu

Malayziyada partlayış baş verib, 112 nəfər xəsarət alıb

Malayziyada partlayış baş verib, 112 nəfər xəsarət alıb

Malayziyanın Selangor əyalətində yaşayış məntəqəsi yaxınlığında təbii qaz kəməri partlayıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Yerli vaxtla saat 09:10-da Malayziyanın Selanqor əyalətinin Putra Heights ərazisində güclü partlayış baş verib. Yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəmərində baş verən partlayışdan sonra başlayan yanğın ətrafdakı evlərə və avtomobillərə keçib. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları ərazidəki sakinləri təxliyə etməyə başlayıb.

İlkin məlumata görə 112 nəfər xəsarət alıb, 49 evə ziyan dəyib. 

Teqlər:

"Malayziyada partlay\u0131\u015f ba\u015f verib 112 n\u0259f\u0259r x\u0259sar\u0259t al\u0131b"

Əlaqəli Xəbərlər