Menyu

Güclü yağışlar Yunanıstanda fəsadlara səbəb olub

Güclü yağışlar Yunanıstanda fəsadlara səbəb olub

Dünən xüsusilə Kiklad adalarında müşahidə edilən şiddətli yağış bu gün Orta Makedoniya, Halkidiki, Krit, Sakız və Oniki adalar kimi bölgələri də təsir edib.

Operativ Media xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT bu barədə məlumat yayıb.

Yağış səbəbindən su basan yollarda onlarla avtomobil qalıb.

Daşqınlar bu ərazilərə külli miqdarda maddi ziyan vurub.
Dodecanese adalarında Mülki Müdafiə Bölməsi vətəndaşların cib telefonlarına xəbərdarlıq mesajı göndərərək, çərşənbə axşamına qədər diqqətli olmağa çağırıb.

Halkidiki yarımadasında fındıq boyda dolu və güclü yağış həyatı mənfi təsir edib.

Teqlər:

"G\u00fccl\u00fc ya\u011f\u0131\u015flar Yunan\u0131standa f\u0259sadlara s\u0259b\u0259b olub"

Əlaqəli Xəbərlər