Ana səhifə / Dünya / Almaniya Ukraynaya 11 milyard avrodan çox hərbi yardım ayıracaq Almaniya Ukraynaya 11 milyard avrodan çox hərbi yardım ayıracaq 01.04.2025, 20:22 Əsəd Abbaslı Almaniya 2029-cu ilə qədər Ukraynaya 11 milyard avrodan çox hərbi yardım göstərəcək. Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı bildirib. Onun sözlərinə görə, 2025-ci ildə Ukraynaya 3 milyard avro məbləğində vəsait ayrılacaq. A.Berbok vurğulayıb ki, Almaniya uzunmüddətli perspektivdə Kiyevə hərbi dəstək göstərməyə davam edəcək. Xatırladaq ki, bu gün Almaniya Ukraynaya 130 milyon avro məbləğində yardım göstərməklə bağlı qərarını açıqlayıb. Teqlər: "Almaniya Ukraynaya 11 milyard avrodan \u00e7ox h\u0259rbi yard\u0131m ay\u0131racaq"